"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“WeBlog” layihəsi çərçivəsində açıq hava altında seminar keçirilmişdir.

Posted in AZ, Xəbərlər by IT Team on Avqust 15, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

14 avqust 2011-ci il tarixində Quba rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərlə bağlı növbəti tədbir – açıq hava altında seminar keçirmişdir.

WeBlog 1, 2 və 3 layihələrindən 30 nəfər  iştirakçının qatıldığı tədbirdə iştirakçılar ilk olaraq Quba Soyqırım məzarlığını ziyarət etmiş, öz bloqlarında qeyd etmək üçün məlumatlar toplamış və fotolar çəkmişlər.

Tədbirə qatılan ekspertlər Rauf Mərdiyev, Əli Hacızadə, Roman Süleymanov sosial şəbəkələr və informasiya müharibəsi, Sahil Balazadə, Hatəm Şükür və Kamran Səmədli isə internetdə gənclərin fəaliyyətindən danışmışlar.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi informasiya texnologiyaları ilə bağlı fəaliyyətə çox diqqət yetirir və təşkilatın şəbəkəsinə daxil olan insanların sayı 25 min nəfərdən artıqdır.

http://ireli.az/activity/news/20110815054042936.html

Bir şərh yazın