"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda təlim keçirilmişdir

Posted in AZ, Language, Xəbərlər by IT Team on Dekabr 10, 2011

10 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “İRƏLİ” İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət Hüseynovun rəhbərliyi ilə “Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda maraqlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasından ibərətdir. Layihə çərçivəsində ekspertlərlə görüşlər də keçirilir ki, bu da “WeBlog-4” layihəsinin sonuna kimi (more…)

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “WeBlog–4” blogging təlimlərinə start verildi.

Posted in AZ, Xəbərlər by IT Team on Oktyabr 16, 2011

13  oktyabr  2011-ci  il tarixində “İRƏLİ” Gənclik Mərkəzində İnformasiya Texnologiyaları  Mərkəzinin  “WeBlog–4” layihəsinə start verilmişdir.

Layihənin keçirilməsində məqsəd gənclərə bloq barədə ilkin anlayışların öyrədilməsi, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin qurulmasından ibarətdir.

 “WeBlog-4” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət etmişlər ki , onlar arasından müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanmışdır. Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçirilir. Təlimlər “İRƏLİ”  İnformasiya Texnologiyaları  Mərkəzinin koordinatorları İmam QuliyevSahil Balazadə tərəfindən aparılır və təlim müddətində  ekspertlər də dəvət olunacaqlar. (more…)

Tagged with: , , , , , ,

www.weblog.az saytının təqdimat mərasimi keçiriləcək.

Posted in AZ, Elanlar, Language by IT Team on Sentyabr 20, 2011

21 sentyabr 2011 – ci il tarixində saat 12:00 da Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində  “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış Azərbaycan Bloqçularının şəbəkəsi olan www.weblog.az saytının təqdimatı və “WeBlog 4” layihəsinin açılış mərasimi keçiriləcək. Eyni zamanda Azərbaycanda bloqçuluq və yeni media resurslarından
istifadə məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə “İRƏLİ” İnformasiya Texnologiyaları Departamenti tərəfindən həyata keçirilmişdir. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il  tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog”  layihəsi çərçivəsində  100 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.

“WeBlog” layihəsinin iştirakçıları İsmayıllı təəsüratlarını öz bloqlarında bölüşdülər.

Posted in AZ, Language, Xəbərlər by IT Team on Sentyabr 16, 2011

11sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərin açıq hava altında seminarını həyata keçirmişdir. Gənc bloqqerlər təəssüratlarını öz bloqlarında bölüşmüşlər:

Səma İsalı : http://goo.gl/QchPx

Samirə Haşımzadə : http://goo.gl/0XRfb

Nəsrin Babanlı : http://goo.gl/3G5pl

Xalid Məmmədov : http://goo.gl/Nf4Qj

Arzu Bəbirova : http://goo.gl/fPAVt

Aytən İsazadə : http://goo.gl/YfnIe

Əhəd Əhədli : http://goo.gl/w3qKd

Emil İsmayılov : http://goo.gl/jfKd8

Fərid Vəliyev : http://goo.gl/AZ6a8

Konül Həmzəyeva : http://goo.gl/29VpR

Nigar Quliyeva : http://goo.gl/rFSXx

Rəfalə  Bağıyeva: http://goo.gl/kxfDA

Rüfət Daşdəmirov : http://goo.gl/MiHpr

Tərxan  Şahrzalı : http://goo.gl/QBQ84

http://ireli.az/activity/news/20110919063931868.html

“WeBlog” layihəsi çərçivəsində İsmayıllı rayonunda açıq hava altında seminar keçirilmişdir.

Posted in Kateqoriyasız by IT Team on Sentyabr 13, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

11 sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin təşəbbüsü ilə bloqqerlər üçün açıq hava altında növbəti seminar həyata keçirilmişdir.

WeBlog 1, 2 və 3 layihələrinin 30 nəfər iştirakçısının qatıldığı tədbirdə gənclər ilk öncə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkmiş və orada fəaliyyət göstərən dərnəklərlə tanış olmuş, rayon gəncləri üçün yaradılmış şəraitdən olduqca məmnun qalmışlar. Sonra İsmayıllı rayon Tarix Diyarşünaslıq müzeyini ziyarət edən iştirakçılar (more…)

“WeBlog” layihəsinin iştirakçıları Quba təəsüratlarını öz bloqlarında bölüşdülər.

Posted in AZ, Xəbərlər by IT Team on Avqust 19, 2011

14 avqust 2011-ci il tarixində Quba rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərin açıq hava altında seminarını həyata keçirmişdir. Gənc bloqqerlər təəsüratlarını öz bloqlarında bölüşmüşlər: 

1.     Niyaz Əliyev:  http://goo.gl/OpYXP

2.     Zahid Məmmədli: http://goo.gl/GAWQF

3.     Fidan Quliyeva: http://goo.gl/Qzunb

4.     Elvin Hüseynzadə: http://goo.gl/eaZq8

5.     İlkin Seyidzadə: http://goo.gl/9Pdbe

6.     Nərmin Abdullayeva: http://goo.gl/umjuO

7.     Sahil Nağızadə: http://goo.gl/aYnnT

8.     Afaq Şirinova: http://goo.gl/oztWj

9.     Ləman Pirimova: http://goo.gl/tSQtZ

10.   Ağalar Mikayıllı: http://goo.gl/R8VMl

11.   Minəxanım Qədirova: http://goo.gl/kroGE

12.   Sevil Xəlilova: http://goo.gl/27mKJ

13.   Pirim Pirimov: http://goo.gl/XwSWc

14.   Səba Qafarlı: http://goo.gl/bd5e1

15.   Nərgiz Hüseynova: http://goo.gl/TZwYN

http://ireli.az/activity/news/20110819023804475.html

 

 

“WeBlog” layihəsi çərçivəsində açıq hava altında seminar keçirilmişdir.

Posted in AZ, Xəbərlər by IT Team on Avqust 15, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

14 avqust 2011-ci il tarixində Quba rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərlə bağlı növbəti tədbir – açıq hava altında seminar keçirmişdir.

WeBlog 1, 2 və 3 layihələrindən 30 nəfər  iştirakçının qatıldığı tədbirdə iştirakçılar ilk olaraq Quba Soyqırım məzarlığını ziyarət etmiş, öz bloqlarında qeyd etmək üçün məlumatlar toplamış və fotolar çəkmişlər.

Tədbirə qatılan ekspertlər Rauf Mərdiyev, Əli Hacızadə, Roman Süleymanov sosial şəbəkələr və informasiya müharibəsi, Sahil Balazadə, Hatəm Şükür və Kamran Səmədli isə internetdə gənclərin fəaliyyətindən danışmışlar.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi informasiya texnologiyaları ilə bağlı fəaliyyətə çox diqqət yetirir və təşkilatın şəbəkəsinə daxil olan insanların sayı 25 min nəfərdən artıqdır.

http://ireli.az/activity/news/20110815054042936.html

“WeBlog-3” layihəsi çərçivəsində “Virtual məkanda milli maraqlarımız” mövzusunda görüş keçirilmişdir.

Posted in Kateqoriyasız by IT Team on İyul 7, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

06 iyul 2011–ci il tarixində  “WeBlog-3” layihəsinin yekun görüşü keçirilmişdir. Qonaq  “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev “WeBlog-3” layihəsinin iştirakçılarına “Virtual məkanda milli maraqlarımız” mövzusunda söhbət aparmışdır. Görüş əsnasında virtual məkanda bloqların önəmi, milli maraqlarımız və onun müdafiəsi üçün bloqlardan səmərəli istifadə olunması məsələlərinə toxunulmuşdur. Mövzu öz aktuallığı ilə iştirakçıların marağına səbəb olmuşdur. (more…)

“WeBlog-3” layihəsi çərçivəsində “Virtual məkanda milli maraqlarımız” mövzusunda görüş keçiriləcək

Posted in AZ, Elanlar, Language by IT Team on İyul 5, 2011

06 iyul 2011-ci il tarixində saat 14:00-da “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-3” layihəsi çərçivəsində “Virtual məkanda milli maraqlarımız” mövzusunda görüş keçiriləcəkdir. Görüş “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyevin iştirakı ilə baş tutacaq. İştirak sərbəstdir.

 Ünvan: Sabir küç. 3, İçərişəhər, AZ1000, Bakı, Azərbaycan

Tel: (+99412)4928045

Faks: (+99412)4924806

E-mail: itm@ireli.az

Web: www.ireli.az/itc

http://ireli.az/announcements/20110705012205320.html

“İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda görüş keçirilmişdir.

Posted in AZ, Language, Xəbərlər by IT Team on İyun 30, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

29 iyun 2011- ci il tarixində saat 14:00 – da “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-3” layihəsi çərçivəsində  görüş keçirilmişdir. Qonaq  PR texnologiyaları və KİV üzrə ekspert Əli Hacızadə  “WeBlog-3” layihəsi iştirakçılarına “İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda söhbət aparmışdır. Görüş zamanı informasiya müharibəsinin nə olduğu, bu müharibədə bloqların önəmi və ondan səmərəli istifadə olunması məsələlərinə toxunulmuşdur. Mövzu öz aktuallığı ilə (more…)