"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda təlim keçirilmişdir.

Posted in AZ, Language, Xəbərlər by IT Team on Dekabr 17, 2011

17 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “Azxeber.com” informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərlinin iştirakı ilə  “Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda maraqlı müzakirələr aparılmışdır.

Görüş zamanı Hacıbəy Heydərli bloqqerlərin daha çox aktual mövzularda yazılar yazmaqlarının tərəfdarı olduğunu bildirmişdir: “Bloq yazıları aktual məsələlərlə bağlı olsa, daha oxunaqlı olar. Bundan başqa, əsas məsələlərdən biri bloq yazısına başlıq seçməkdir. Bloqqerlər yazıdan ən çox diqqətçəkən məqamı başlığa çıxarmalıdırlar. Çünki bəzən elə aktual məsələlər olur ki, yanlış başlıq xəbəri daha az oxunaqlı edir.” (more…)

“Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda təlim keçirilmişdir

Posted in AZ, Language, Xəbərlər by IT Team on Dekabr 10, 2011

10 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “İRƏLİ” İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət Hüseynovun rəhbərliyi ilə “Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda maraqlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasından ibərətdir. Layihə çərçivəsində ekspertlərlə görüşlər də keçirilir ki, bu da “WeBlog-4” layihəsinin sonuna kimi (more…)

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “BakuTel-2011” sərgisində iştirak etmişdir.

Posted in AZ, Language by IT Team on Dekabr 8, 2011

23-26 Noyabr 2011-ci il tarixləri arasında “Bakı Ekspo” mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı keçirilmişdir.

Sərgidə “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi də təmsil olunmuşdur. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinə aid stenddə mərkəzin həyata keçirdiyi layihələr sərgi iştirakçılarına təqdim olunmuşdur. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin məhsulu olan Azərbaycanla bağlı olan saytlar, bloqlar, Azərbaycanın 50-dən çox rayonunu əhatə edən İnformasiya Texnologiyaları Akademiyası layihəsi, təmənnasız olaraq keçirilən İT təlimlər və seminarlar, Azərbaycan bloqçuluq şəbəkəsi olan WeBlog layihəsi və eyni zamanda milli maraqların qorunması ilə bağlı həyata keçirilən layihələr gün ərzində sərgini zhiyarət edən 200-dən çox insanın marağına səbəb olmuşdur. Sərgi zamanı ziyarətçilər ilə (more…)

“WeBlog” layihəsinin iştirakçıları “Sığortalı gələcək” layihəsi çərçivəsində həyata keçirilən müsabiqələrin qalibləri oldular.

Posted in AZ, Language, Xəbərlər by IT Team on Dekabr 8, 2011

8 dekabr 2011-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “İRƏLİ” İctimai Birliyi ilə birgə “Sığortalı gələcək” layihəsinin bağlanış mərasimi keçirilmişdir. Mərasimdə layihənin rəhbəri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı Orxan Bayramov, “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev iştirak etmişlər. Tədbir zamanı layihənin yekun hesabatı ictimaiyyətin nəzərinə çatdırılmış, layihə çərçivəsində həyata keçirilən müsabiqələrin nəticələri açıqlanaraq qaliblər mükafatlandırılmışdır. Maraqlısı budur ki, qalib gələnlərin əksəriyyəti “WeBlog” layihəsinin iştirakçılarıdır. “Sığortalı gələcək” layihəsində qalib gəlmiş “WeBlog” layihəsinin iştirakçılarının adlarını nəzərinizə (more…)

“Apple Days” layihəsi çərçivəsində ilk seminar həyata keçirilmişdir.

Posted in AZ, Xəbərlər by IT Team on Dekabr 8, 2011

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “Apple Days” adlı yeni layihəyə start verdi.

Layihə çərçivəsində ilk seminar 20  noyabr –  2011 ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında keçirilmişdir. 40-dan çox gəncin qatıldığı seminarın mövzusu “Apple Design Revolution” olmuşdur.

Qeyd edək ki, layihənin əsas məqsədi “Apple” texnologiyalarının tarixi, imkanları, yenilikləri, şirkətin tarixi və inkişafına tövhə vermiş insanlar haqqında gənclərə geniş məlumat verməkdir.

Tagged with: , , ,

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “WeBlog–4” blogging təlimlərinə start verildi.

Posted in AZ, Xəbərlər by IT Team on Oktyabr 16, 2011

13  oktyabr  2011-ci  il tarixində “İRƏLİ” Gənclik Mərkəzində İnformasiya Texnologiyaları  Mərkəzinin  “WeBlog–4” layihəsinə start verilmişdir.

Layihənin keçirilməsində məqsəd gənclərə bloq barədə ilkin anlayışların öyrədilməsi, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin qurulmasından ibarətdir.

 “WeBlog-4” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət etmişlər ki , onlar arasından müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanmışdır. Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçirilir. Təlimlər “İRƏLİ”  İnformasiya Texnologiyaları  Mərkəzinin koordinatorları İmam QuliyevSahil Balazadə tərəfindən aparılır və təlim müddətində  ekspertlər də dəvət olunacaqlar. (more…)

Tagged with: , , , , , ,

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərnə start verilmişdir.

Posted in Kateqoriyasız by IT Team on Oktyabr 8, 2011

07  oktyabr  2011-ci  il tarixində “İRƏLİ” Gənclik Mərkəzində İnformasiya Texnologiyaları  Mərkəzinin“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərnə start verilmişdir.

Layihənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması, kompyuter və internet resurslarından səmərəli istifadənin təmin edilməsidir.

Layihədə iştirak etmək üçün 80 nəfər gənc müraciət etmişdir ki, onlardan yalnız 50 nəfəri müsabiqədən uğurla keçərək layihədə iştirak etmək hüququ qazanmışdır.

Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçirilir. Ümumilikdə təlimlər 12 dərs proqramını əhatə edir. Təlimlərin sonunda iştirakçılardan imtahan götürüləcək və (more…)

www.weblog.az saytının təqdimat mərasimi keçiriləcək.

Posted in AZ, Elanlar, Language by IT Team on Sentyabr 20, 2011

21 sentyabr 2011 – ci il tarixində saat 12:00 da Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində  “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış Azərbaycan Bloqçularının şəbəkəsi olan www.weblog.az saytının təqdimatı və “WeBlog 4” layihəsinin açılış mərasimi keçiriləcək. Eyni zamanda Azərbaycanda bloqçuluq və yeni media resurslarından
istifadə məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə “İRƏLİ” İnformasiya Texnologiyaları Departamenti tərəfindən həyata keçirilmişdir. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il  tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog”  layihəsi çərçivəsində  100 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.

“WeBlog” layihəsinin iştirakçıları İsmayıllı təəsüratlarını öz bloqlarında bölüşdülər.

Posted in AZ, Language, Xəbərlər by IT Team on Sentyabr 16, 2011

11sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərin açıq hava altında seminarını həyata keçirmişdir. Gənc bloqqerlər təəssüratlarını öz bloqlarında bölüşmüşlər:

Səma İsalı : http://goo.gl/QchPx

Samirə Haşımzadə : http://goo.gl/0XRfb

Nəsrin Babanlı : http://goo.gl/3G5pl

Xalid Məmmədov : http://goo.gl/Nf4Qj

Arzu Bəbirova : http://goo.gl/fPAVt

Aytən İsazadə : http://goo.gl/YfnIe

Əhəd Əhədli : http://goo.gl/w3qKd

Emil İsmayılov : http://goo.gl/jfKd8

Fərid Vəliyev : http://goo.gl/AZ6a8

Konül Həmzəyeva : http://goo.gl/29VpR

Nigar Quliyeva : http://goo.gl/rFSXx

Rəfalə  Bağıyeva: http://goo.gl/kxfDA

Rüfət Daşdəmirov : http://goo.gl/MiHpr

Tərxan  Şahrzalı : http://goo.gl/QBQ84

http://ireli.az/activity/news/20110919063931868.html

“WeBlog” layihəsi çərçivəsində İsmayıllı rayonunda açıq hava altında seminar keçirilmişdir.

Posted in Kateqoriyasız by IT Team on Sentyabr 13, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

11 sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin təşəbbüsü ilə bloqqerlər üçün açıq hava altında növbəti seminar həyata keçirilmişdir.

WeBlog 1, 2 və 3 layihələrinin 30 nəfər iştirakçısının qatıldığı tədbirdə gənclər ilk öncə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkmiş və orada fəaliyyət göstərən dərnəklərlə tanış olmuş, rayon gəncləri üçün yaradılmış şəraitdən olduqca məmnun qalmışlar. Sonra İsmayıllı rayon Tarix Diyarşünaslıq müzeyini ziyarət edən iştirakçılar (more…)

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.