"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“WeBlog-3” layihəsi çərçivəsində “Virtual məkanda milli maraqlarımız” mövzusunda görüş keçirilmişdir.

Posted in Kateqoriyasız by IT Team on İyul 7, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

06 iyul 2011–ci il tarixində  “WeBlog-3” layihəsinin yekun görüşü keçirilmişdir. Qonaq  “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev “WeBlog-3” layihəsinin iştirakçılarına “Virtual məkanda milli maraqlarımız” mövzusunda söhbət aparmışdır. Görüş əsnasında virtual məkanda bloqların önəmi, milli maraqlarımız və onun müdafiəsi üçün bloqlardan səmərəli istifadə olunması məsələlərinə toxunulmuşdur. Mövzu öz aktuallığı ilə iştirakçıların marağına səbəb olmuşdur.
Qeyd edək ki, 1 iyun 2011 – ci il tarixindən start götürən  “WeBlog-3” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət edibki, onlar arasında müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasından ibərətdir.Bu layihə çərçivəsində ekspertlərlə görüşlər də keçirilir ki, bu da “WeBlog-3” layihəsinin sonuna kimi davam edəcək.
“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il  tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog”  layihəsi çərçivəsində  100 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.

Bir şərh yazın