"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog-2” layihəsi uğurla davam edir.

Posted in AZ, Xəbərlər by IT Team on Mart 16, 2011

“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog-2” layihəsi müddətində iştirakçılara blogla bağlı ilkin anlayışlar, WORDPRESS platformasında qeydiyyat, idarəetmə panelində istifadə qaydaları, məlumatların  necə yerləşdirilməsi haqqında təlimlər keçirilir. Təlimlərin sonunda  Bloglar vasitəsilə pul qazanmağın yolları və necə PR edilməsi mövzusunda təlimlər keçiriləcək. Təlimlərdə 50 nəfər gənc iştirak edir. Ümumilikdə təlimlər 6 dərs proqramını əhatə etməklə davamlı olaraq həftədə 2 dəfə  2 növbə üzrə “İRƏLİ” İctimai Birliyi Gənclik  Mərkəzində keçirilir. Təlimləri uğurla başa vuranlar sonda şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki,  “İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin bundan əvvəl həyata keçirdiyi “WeBlog” layihəsində 40 nəfər gənc iştirak etmiş, onlardan 20 – i layihədə fərqləndiyinə görə şəhadətnamə ilə təltif olunmuş və bloger olaraq öz fəaliyyətlərini davam etdirirlər.

“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog” layihəsinin bağlanış və eyni zamanda “WeBlog-2” layihəsinin açılış mərasimi keçirilmişdir.

Posted in AZ, Xəbərlər by IT Team on Mart 7, 2011

Bu slaydşou üçün JavaScript lazımdır.

5 mart 2011 – ci il saat 15:00 da “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin  “WeBlog” layihəsinin bağlanış  və eyni zamanda “WeBlog-2” layihəsinin açılış mərasimi keçirilmişdir.

Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və qonaq olaraq   USAN (AS Azerbaijan network) sədri Adil Bağırov iştirak etmişdir. Ceyhun Osmanlı  Adil Bağırovu iştirakçılara təqdim etmiş və “WeBlog” layihəsi haqqında qonağı məlumatlandıraraq gənclərin informasiya müharibəsində aktivliyi, həyata keçirdiyi layihələr haqqında danışmışdır. Sonra qonağı  iştirakçıların öhdəsinə buraxmışdır.

USAN (AS Azerbaijan network) sədri Adil Bağırov “WeBlog-2” layihəsinin iştirakçılarına  “Azərbaycanın Ermənistanla informasiya mühəribəsində yeni üsullar və texnologiyalar” mövzusunda gəclərlə seminar keçdi. Gənclər tərəfindən verilən sualları cavablandıraraq onları daha da aktiv olmağa və yeni-yeni birgə layihələr keçirməyi təklif etmişdir. Ümumilikdə görüş gənclərin böyük marağına səbəb oldu.

Eyni zamanda bu tədbirdə  “WeBlog” layihəsini uğurla başa vuranlar şəhadətnamə ilə təltif olundu.

Xatırladaq ki, “WeBlog-2” layihəsində iştirak etmək üçün 70 nəfər gənc müraciət edib, onlar arasında müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanıb.

Layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasıdır.

http://ireli.az/activity/news/20110307111046684.html