"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi Baku GTUG-ın ilk tədbirində

Posted in Uncategorized by IRELI_ITM on Avqust 21, 2011

20 Avqust 2011 ci il tarixində Bakı Dövlət Universitetinin yeni tədris binasının akt zalında Baku Google Technology User Group-un “Hello World” adlı ilk tədbiri keçirilmişdir. Tədbirdə “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin koordinatorları İmam Quliyev, Elçin Aşurov, Sahil Balazadə və mərkəzin 10 üzvü də iştirak etmişdir.

 İlk olaraq tədbirin təşkilatçıları BAKU GTUG (Baku Google Technology User Group) barədə iştirakçılara ətraflı məlumat verdilər və Baku GTUG qrupunun məqsədi və fəaliyyət sahəsi barədə danışdılar. (davamı…)

“WeBlog” layihəsinin iştirakçıları Quba təəsüratlarını öz bloqlarında bölüşdülər.

Posted in AZ, Xəbərlər by IRELI_ITM on Avqust 19, 2011

14 avqust 2011-ci il tarixində Quba rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərin açıq hava altında seminarını həyata keçirmişdir. Gənc bloqqerlər təəsüratlarını öz bloqlarında bölüşmüşlər: 

1.     Niyaz Əliyev:  http://goo.gl/OpYXP

2.     Zahid Məmmədli: http://goo.gl/GAWQF

3.     Fidan Quliyeva: http://goo.gl/Qzunb

4.     Elvin Hüseynzadə: http://goo.gl/eaZq8

5.     İlkin Seyidzadə: http://goo.gl/9Pdbe

6.     Nərmin Abdullayeva: http://goo.gl/umjuO

7.     Sahil Nağızadə: http://goo.gl/aYnnT

8.     Afaq Şirinova: http://goo.gl/oztWj

9.     Ləman Pirimova: http://goo.gl/tSQtZ

10.   Ağalar Mikayıllı: http://goo.gl/R8VMl

11.   Minəxanım Qədirova: http://goo.gl/kroGE

12.   Sevil Xəlilova: http://goo.gl/27mKJ

13.   Pirim Pirimov: http://goo.gl/XwSWc

14.   Səba Qafarlı: http://goo.gl/bd5e1

15.   Nərgiz Hüseynova: http://goo.gl/TZwYN

http://ireli.az/activity/news/20110819023804475.html

 

 

“WeBlog” layihəsi çərçivəsində açıq hava altında seminar keçirilmişdir.

Posted in AZ, Xəbərlər by IRELI_ITM on Avqust 15, 2011

This slideshow requires JavaScript.

14 avqust 2011-ci il tarixində Quba rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərlə bağlı növbəti tədbir – açıq hava altında seminar keçirmişdir.

WeBlog 1, 2 və 3 layihələrindən 30 nəfər  iştirakçının qatıldığı tədbirdə iştirakçılar ilk olaraq Quba Soyqırım məzarlığını ziyarət etmiş, öz bloqlarında qeyd etmək üçün məlumatlar toplamış və fotolar çəkmişlər.

Tədbirə qatılan ekspertlər Rauf Mərdiyev, Əli Hacızadə, Roman Süleymanov sosial şəbəkələr və informasiya müharibəsi, Sahil Balazadə, Hatəm Şükür və Kamran Səmədli isə internetdə gənclərin fəaliyyətindən danışmışlar.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi informasiya texnologiyaları ilə bağlı fəaliyyətə çox diqqət yetirir və təşkilatın şəbəkəsinə daxil olan insanların sayı 25 min nəfərdən artıqdır.

http://ireli.az/activity/news/20110815054042936.html

“WeBlog-3” layihəsi çərçivəsində “Virtual məkanda milli maraqlarımız” mövzusunda görüş keçirilmişdir.

Posted in Uncategorized by IRELI_ITM on İyul 7, 2011

This slideshow requires JavaScript.

06 iyul 2011–ci il tarixində  “WeBlog-3” layihəsinin yekun görüşü keçirilmişdir. Qonaq  “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev “WeBlog-3” layihəsinin iştirakçılarına “Virtual məkanda milli maraqlarımız” mövzusunda söhbət aparmışdır. Görüş əsnasında virtual məkanda bloqların önəmi, milli maraqlarımız və onun müdafiəsi üçün bloqlardan səmərəli istifadə olunması məsələlərinə toxunulmuşdur. Mövzu öz aktuallığı ilə iştirakçıların marağına səbəb olmuşdur. (davamı…)

“WeBlog-3″ layihəsi çərçivəsində “Virtual məkanda milli maraqlarımız” mövzusunda görüş keçiriləcək

Posted in AZ, Language, Elanlar by IRELI_ITM on İyul 5, 2011

06 iyul 2011-ci il tarixində saat 14:00-da “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-3” layihəsi çərçivəsində “Virtual məkanda milli maraqlarımız” mövzusunda görüş keçiriləcəkdir. Görüş “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyevin iştirakı ilə baş tutacaq. İştirak sərbəstdir.

 Ünvan: Sabir küç. 3, İçərişəhər, AZ1000, Bakı, Azərbaycan

Tel: (+99412)4928045

Faks: (+99412)4924806

E-mail: itm@ireli.az

Web: www.ireli.az/itc

http://ireli.az/announcements/20110705012205320.html

“İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda görüş keçirilmişdir.

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on İyun 30, 2011

This slideshow requires JavaScript.

29 iyun 2011- ci il tarixində saat 14:00 – da “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-3” layihəsi çərçivəsində  görüş keçirilmişdir. Qonaq  PR texnologiyaları və KİV üzrə ekspert Əli Hacızadə  “WeBlog-3” layihəsi iştirakçılarına “İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda söhbət aparmışdır. Görüş zamanı informasiya müharibəsinin nə olduğu, bu müharibədə bloqların önəmi və ondan səmərəli istifadə olunması məsələlərinə toxunulmuşdur. Mövzu öz aktuallığı ilə (davamı…)

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərinin imtahanının nəticələri.

Posted in AZ, Language, Elanlar by IRELI_ITM on İyun 28, 2011

27 iyun 2011 –ci il tarixində “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimləri  iştirakçıları arasında imtahan keçirilmişdir. İmtahanlarda cəmi 20 nəfər gənc iştirak etmişdir. 4 variant və hər biri 25 sualdan ibarət olan İmtahanın nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. (davamı…)

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərinin imtahanları keçirilmişdir.

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on İyun 28, 2011

This slideshow requires JavaScript.

27 iyun 2011 –ci il tarixində “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimləri  iştirakçıları arasında imtahan keçirilmişdir. İmtahanlarda 25 gənc iştirak etmişdir ki, imtahanların nəticələrinə əsasən layihəni uğurla başa vuranlar sonda diplomlarla təltif olunacaqlar.

02 may 2011 ci ildən start götürən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərinin (davamı…)

“İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda görüş keçiriləcəkdir

Posted in AZ, Language, Elanlar by IRELI_ITM on İyun 28, 2011

29 iyun 2011 –ci il tarixində saat 14:00 da “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-3” layihəsi çərçivəsində  “İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda görüş keçiriləcəkdir. Görüş PR texnologiyaları və KİV üzrə ekspert Əli Hacızadənin iştirakı ilə baş tutacaq. İştirak sərbəstdir

(davamı…)

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi Bakı təlimləri davam edir.

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on İyun 20, 2011

This slideshow requires JavaScript.

2 may 2011-ci ildən start götürən və indiyədək davam edən “İnformasiya Texnologiyaları Akademiyası”layihəsi Bakı təlimləri artıq sona çatmaq üzrədir.

Layihənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması, kompyuter və internet resurslarından səmərəli istifadənin təmin edilməsidir. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.