Sosial Yeniliklər Düşərgəsinə hazırlıq: “İRƏLİ” İctimai Birliyinin üzvləri ilə görüş
This slideshow requires JavaScript.
Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı və “İRƏLİ” İctimai Birliyi İnternetlə bağlı ideyaların maliyyələşdirilməsi və ən yaxşı ideyanı açıq müsabiqə vasitəsilə seçmək məqsədilə internet və mobil telefoniya sahəsində təcrübəsi olanları – iştirakçı və ideya sahibləri qismində sentyabrın əvvəllərində Sosial Yeniliklər Düşərgəsinə (SYD) dəvət edir.
Sosial Yeniliklər Düşərgəsi (www.syd-az.net ) əhalinin sosial problemlərini həll etmək və ya əhalinin digər sosial tələbatlarına cavab vermək məqsədi ilə hazırlanmış yeni internet əsaslı layihələrin müsabiqəsidir. Daha geniş məlumat bu keçiddədir: http://1.syd-az.net/haqqinda. SYD-nin məqsədi əhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının dəstəkləmək və seçilmiş layihəyə pul mükafatını təqdim etməkdir. Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq və münsiflər heyətinin böyük bir hissəsi Sosial Yeniliklər Düşərgəsi üzrə əcnəbi mütəxəssislər olacaq.
“İRƏLİ” İctimai Birliyi İTM – Qaradağ rayonunun Ümid qəsəbəsində İT təlimlərin birinci mərhələsi başa çatdı.
Məlumat üçün bildirmək istərdik ki, “Yeniliyə Doğru” Gənclər Fondu “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə və “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin tərəfdaşlığı ilə Qaradağ rayonunun Ümid qəsəbəsində yaşayan gənclər üçün kompüter biliklərinə dair təlim kursları keçirilmişdir. Təlim kursu “Ümid qəsəbəsində yaşayan yeniyetmələr üçün inkişaf mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir. (davamı…)
“İRƏLİ” İctimai Birliyi İTM – Qaradağ rayonunun Ümid qəsəbəsində İT Təlimlərə başladı
Məlumat üçün bildirmək istərdik ki, “Yeniliyə Doğru” Gənclər Fondu “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə və “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin tərəfdaşlığı ilə Qaradağ rayonunun Ümid qəsəbəsində yaşayan gənclər üçün kompüter biliklərinə dair təlim kurslarının keçirilməsini başlamışdır. Təlim kursu “Ümid qəsəbəsində yaşayan yeniyetmələr üçün inkişaf mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.
Layihənin həyata keçirilməsində məqsəd – qaçqın və məcburi köçkün gənclərin biliklərinin artırılması, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir. (davamı…)
“Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı keçirilmişdir – 2010-06-22
Sumqayıt şəhər İcra hakimiyyətinin və şəhər təhsil şöbəsinin təşəbbüsü ilə 2008-2009 –cu illər ərzində məktəblilər arasında böyük müvəffəqiyyətlə təşkil olunan “Gənc İnformatiklər” müsabiqəsinin davamı olaraq 2010-cu il 22 -23 iyun tarixlərində “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə Sumqayıtda şəhərində “ Elm , Təhsil, informasiya Texnologiyaları” Festivalı keçirilmişdir.
İTM – in növbəti iclası
This slideshow requires JavaScript.
22 may 15:00 –da “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi ”İRƏLİ” İctimai Birliyi Layihələr Mərkəzində İTM üzvləri ilə növbəti görüşünü keçirmişdir. Bu görüşdə “Sosial şəbəkələrin həyatımızada rolu” mövzusunda müzakirələr aparılmışdır.Həmçinin İTM üzvləri ilə gələcəkdə nəzərdə tutulan layihələr müzakirə edilmiş və üzvlərin təklifləri dinlənilmişdi. Görüşün sonunda növbəti həftə üçün nəzərdə tutulan təlimlərin vaxtı müəyyənləşdirilmişdir. (davamı…)
“31 Mart – Azərbaycanlıların soyqırımı”na həsr olunmuş elektron aksiya start götürdü
Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən silsilə tədbirlərin davamı olaraq “İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Mərkəzi” “Qarabağ – o sənə düşündüyündən daha yaxındır” adlı aksiyaya start vermişdir. Aksiya simvolik xarakter daşıyaraq, insanlara işğal olunmuş bölgələrimizə olan məsafənin bir çox digər rayonlarımıza olan məsafədən daha yaxın olduğunu göstərəcəkdir. Layihə çərçivəsində hazırlanmış posterlərdə bölgələrimizin işğal tarixləri və onlara qədər olan məsafə kilometrlərlə göstərilmişdir. Hazırlanmış posterlər Azərbaycanın bütün ali və orta ixtisas məktəblərində, həmçinin Bakı şəhərinin müxtəlif elan lövhələrində vurulacaqdır. Bundan başqa 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 12 mindən çox müxtəlif yerli və beynəlxalq təşkilatların, dövlət strukturlarının elektron ünvanlarına müxtəlif dillərdə tərcümə olunmuş məlumatlar göndərilir. 5 minə yaxın ünvan müxtəlif ölkələrin dövlət qurumları, parlamentləri, beynəlxalq təşkilatları, qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, 7 minə yaxın ünvan isə xaricdə yaşayan internet istifadəçilərinin ünvanlarıdır. Məktublarda 31 Mart – Azərbaycanlıların soyqırımını 5 dildə bəyan edən məlumatlar, faciənin tarixinə həsr olunmuş video və müvafiq saytların ünvanları göstərilmişdir. Aksiya eyni zamanda, Gəncə şəhərində də paralel olaraq keçirilir. Elektron aksiya gün ərzində davam edəcəkdir.
‘İRELİ’ to hold e-action on Azerbaijani genocide
The Center of Information Technologies of the Azerbaijani Public Association “Ireli” launches the action “Karabakh – it is closer than you think” within the events to inform the world community about Nagorno-Karabakh. The action has a symbolic character. Its main purpose is to show people that the occupied territories are much closer than other regions of the country, the association said.
Posters with the names of the occupied territories have been prepared for the action. The distance to the occupied lands has been also shown on the posters. These posters will be fixed in all secondary and higher educational institutions, as well as on the streets of Baku. Moreover, the information in different languages will be sent on e-mail addresses of more than 5,000 local and international organizations, governmental agencies to tell the truth about the genocide of Azerbaijanis March 31. The volunteers of the Public Association “Ireli” will hold e-rally at the central office of “Ireli” at 12.00 p.m. 31 March 2010.
“İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Mərkəzi” 31 mart soyqırımı ilə bağlı e-hücum aksiyası keçirəcəkdir
Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən silsilə tədbirlərin davamı olaraq “İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Mərkəzi” “Qarabağ – o sənə düşündüyündən daha yaxındır” adlı aksiyaya start verir. Aksiya simvolik xarakter daşıyaraq, insanlara işğal olunmuş bölgələrimizə olan məsafənin bir çox digər rayonlarımıza olan məsafədən daha yaxın olduğunu göstərəcəkdir. Layihə çərçivəsində hazırlanmış posterlərdə bölgələrimizin işğal tarixləri və onlara qədər olan məsafə kilometrlərlə göstərilmişdir. Hazırlanmış posterlər Azərbaycanın bütün ali və orta ixtisas məktəblərində, həmçinin Bakı şəhərinin müxtəlif elan lövhələrində vurulacaqdır. Bundan başqa 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 5 mindən çox müxtəlif yerli və beynəlxalq təşkilatların, dövlət strukturlarının elektron ünvanlarına müxtəlif dillərdə tərcümə olunmuş məlumatlar göndəriləcəkdir. “İRƏLİ” İctimai Birliyinin könüllüləri tərəfindən həyata keçiriləcək elektron aksiya 31 Mart 2010-cu il, saat 12:00-da “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında baş tutacaqdır.



leave a comment