Eldar Mirzəliyev: Sosial media nədir?
Cəmiyyət inkişaf etdikcə insanların dünya baxışları dəyişir. Bir vaxtlar internet istifadəçiləri yalnız gənclər idisə, indi yaşlılar və uşaqlar, qadınlar və kişilər, bir sözlə, hər kəs internet istifadəçisinə çevrilib. Artıq həyatımızda “Sosial media” var.
Sosial media nədir? Sosial media - sosial ünsiyyət və paylaşma üçündür. Sosial media daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları (msn,skype və s.), forum kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.
Siz də öz informasiyanızı ilk öncə 1 neçə nəfər və ya kiçik qruplar arasında paylaşa bilərsiniz, amma şəbəkəniz artdıqca siz daha geniş kütləni məlumatlandırmış olacaqsınız. Lakin informasiyanızı paylaşmadan öncə, sosial medianı izləməli və insanların necə dialoq yaratdığını anlamaq lazımdır. (davamı…)


leave a comment