“Weblog-yeni media”- “10 sual-10cavab”
Suallarımızı “Online” verlişinin “Weblog-yeni media” mövsuzunda qonaqı olan gənc blogger Asif İmanov cavbalandırır.

Həyatda istədiyinizə nail olmusunuzmu?
Hələ yox, yəni bir qisminə nail olmuşam. Fikrimcə ola bilməz ki, bir insan istədiyinə tam nail ola bilsin.
Ən sevdiyiniz bayram ?
Qurban bayramı, Ramazan bayramı və Novruz bayramı.
Sevdiyiniz kitab ?
İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və Orxan Pamukun “Yeni Həyat”-bu kitabı mən həmişə özumlə gəzdirirəm.
Həyatda hobbiniz?
Rəsm çəkmək.
Xasiyyətinizdə pis və yaxşı cəhətlər ?
Pis cəhətim odur ki səhfi bağışlamıram.Yaxşı cəhətim isə hamıyla yola gedə bilirəm.
“Weblog-yeni media”- “10 sual-10cavab”
İlk olaraq suallarımızı, gənc blogger Nərgiz Hüseynova cavablandırmışdır.
Həyatda istədiyinizə nail olmusunuzmu?
Müəyyən mənada hə, amma həqiqi məqsədlərimə hələ çatmamışam.Gələcəkdə öz üzərimdə işləyib məqsədlərimə çatmağa çalışacam.
Ən sevdiyiniz bayram ?
Ad günüm mənim üçün ən sevdiyim bayramdır və sozsüz ki, Yeni il və Novruz bayramlarınıda sevirəm.
Sevdiyiniz kitab?
Deyl Karneginin kitablarını çox sevirəm.
Həyatda hobbiniz?Müxtəlif ölkələrin qəpiklərini yığıram.
Xasiyyətinizdə pis və yaxşı cəhətlər?
Pis cəhət odur ki, ağlımda hansısa bir fikir varsa, başqa yeni bir fikirə çətinliklə keçirəm.Yaxşı cəhətim isə məqsədyönlü olmağa çalışıram və punktualam.



leave a comment