Sosial Yeniliklər Düşərgəsinə hazırlıq: “İRƏLİ” İctimai Birliyinin üzvləri ilə görüş
This slideshow requires JavaScript.
Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı və “İRƏLİ” İctimai Birliyi İnternetlə bağlı ideyaların maliyyələşdirilməsi və ən yaxşı ideyanı açıq müsabiqə vasitəsilə seçmək məqsədilə internet və mobil telefoniya sahəsində təcrübəsi olanları – iştirakçı və ideya sahibləri qismində sentyabrın əvvəllərində Sosial Yeniliklər Düşərgəsinə (SYD) dəvət edir.
Sosial Yeniliklər Düşərgəsi (www.syd-az.net ) əhalinin sosial problemlərini həll etmək və ya əhalinin digər sosial tələbatlarına cavab vermək məqsədi ilə hazırlanmış yeni internet əsaslı layihələrin müsabiqəsidir. Daha geniş məlumat bu keçiddədir: http://1.syd-az.net/haqqinda. SYD-nin məqsədi əhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının dəstəkləmək və seçilmiş layihəyə pul mükafatını təqdim etməkdir. Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq və münsiflər heyətinin böyük bir hissəsi Sosial Yeniliklər Düşərgəsi üzrə əcnəbi mütəxəssislər olacaq.
2010: imza at, 2011: irəlidə ol!
Dəyərli dostum,
“İRƏLİ” öz üzvlərinin təşəbbüsləri üzərində qurulan fəaliyyətini tam sürətlə davam etdirməkdədir. Yeni, kreativ ideyaların reallaşdırılımasından minlərlə Azərbaycan gənci bəhrələnir. İndi SƏNin də təkliflərinlə 2011-də olacaq fəaliyətimizi daha parlaq etmək əzmindəyik.
Bunun üçün sənə lazım olan yalnız ideya və istəkdir. Bütün uğurlu layihələrin başlanğıcında sadəcə parlaq bir ideya və onu reallaşdırmaq istəyi durur. Əgər ətrafında sənin ideyanı reallaşdırmaqda ilk addım atmağa cəsarətləndirəcək, düzgün yola istiqamətləndirəcək və daima sənə dəstək olacaq insanlar varsa gözləməyə dəyməz…!
“İRƏLİ” İctimai Birliyi 2011-ci il fəaliyyətində yalnız iştirakçı deyil, həm də təşəbbüskar və idarəçi olmaq istəyirsənsə həyata keçirmək istədiyin ideyanı (layihə formasında deyil, 3-4 cümlə ilə təsvirini) ireli@ireli.az ünvanına göndər və ideyanı reallaşdır.
“İRƏLİ” tarix yazır, sən də bu tarixə imzanı at və həyatda irəlidə ol !
Dərin hörmətlə,
Rauf Mərdiyev “İRƏLİ” İctimai Birliyinin baş katibi
Twitter: 8 addıma
Twitter 2006-cı ildə fəaliyyətə başlamış və hal-hazırda 105 milyon istifadəçi ilə dünyanın ən böyük mikrobloqqinq saytıdır.
1. www.twitter.com-a daxil oluruq. Saytın əsas səhifəsində Twitter istifadəçilər üçün “Sign in” bölməsi var. İstifadəçilər buradan öz hesablarına daxil ola bilərlər. Twitter-də yeni olanlar isə “Sign Up” bölməsinə klikləməklə qeydiyyatdan keçə bilərlər. Gəlin qeydiyyatdan keçək.

2. Twitter-də qeydiyyat çox sadədir. Maksimum 1 dəqiqə vaxtınızı alacaq. “Sign Up” bölməsinə kliklədikdən sonra aşağıdakı qeydiyyat formasını doldurmaq lazımdır. Ad və soyadınız və ya təşkilatınızın adı, istifadəçi adınız (login), sifrə (password) və e-mail ünvanınız. Əgər daxil etdiyiniz bütün məlumatlar qaydasındadırsa həmin bölmənin qarşısında yaşıl işarə görəcəksiniz. Şərtləri oxuduqdan sonra “Create my account” düyməsinə klikləyin.
(davamı…)
Şuşa haqqında yeni bloq
Şuşa haqqında yeni sayt “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Şuşanın işğal günündə Şuşa haqqında yeni sayt/bloq istifadəyə verdi.
Daha ətraflı: www.myshusha.wordpress.com
Qeyd edək ki, artıq İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik etmişdir.
“31 Mart – Azərbaycanlıların soyqırımı”na həsr olunmuş elektron aksiya start götürdü
Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən silsilə tədbirlərin davamı olaraq “İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Mərkəzi” “Qarabağ – o sənə düşündüyündən daha yaxındır” adlı aksiyaya start vermişdir. Aksiya simvolik xarakter daşıyaraq, insanlara işğal olunmuş bölgələrimizə olan məsafənin bir çox digər rayonlarımıza olan məsafədən daha yaxın olduğunu göstərəcəkdir. Layihə çərçivəsində hazırlanmış posterlərdə bölgələrimizin işğal tarixləri və onlara qədər olan məsafə kilometrlərlə göstərilmişdir. Hazırlanmış posterlər Azərbaycanın bütün ali və orta ixtisas məktəblərində, həmçinin Bakı şəhərinin müxtəlif elan lövhələrində vurulacaqdır. Bundan başqa 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 12 mindən çox müxtəlif yerli və beynəlxalq təşkilatların, dövlət strukturlarının elektron ünvanlarına müxtəlif dillərdə tərcümə olunmuş məlumatlar göndərilir. 5 minə yaxın ünvan müxtəlif ölkələrin dövlət qurumları, parlamentləri, beynəlxalq təşkilatları, qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, 7 minə yaxın ünvan isə xaricdə yaşayan internet istifadəçilərinin ünvanlarıdır. Məktublarda 31 Mart – Azərbaycanlıların soyqırımını 5 dildə bəyan edən məlumatlar, faciənin tarixinə həsr olunmuş video və müvafiq saytların ünvanları göstərilmişdir. Aksiya eyni zamanda, Gəncə şəhərində də paralel olaraq keçirilir. Elektron aksiya gün ərzində davam edəcəkdir.
‘İRELİ’ to hold e-action on Azerbaijani genocide
The Center of Information Technologies of the Azerbaijani Public Association “Ireli” launches the action “Karabakh – it is closer than you think” within the events to inform the world community about Nagorno-Karabakh. The action has a symbolic character. Its main purpose is to show people that the occupied territories are much closer than other regions of the country, the association said.
Posters with the names of the occupied territories have been prepared for the action. The distance to the occupied lands has been also shown on the posters. These posters will be fixed in all secondary and higher educational institutions, as well as on the streets of Baku. Moreover, the information in different languages will be sent on e-mail addresses of more than 5,000 local and international organizations, governmental agencies to tell the truth about the genocide of Azerbaijanis March 31. The volunteers of the Public Association “Ireli” will hold e-rally at the central office of “Ireli” at 12.00 p.m. 31 March 2010.
“İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Mərkəzi” 31 mart soyqırımı ilə bağlı e-hücum aksiyası keçirəcəkdir
Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən silsilə tədbirlərin davamı olaraq “İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Mərkəzi” “Qarabağ – o sənə düşündüyündən daha yaxındır” adlı aksiyaya start verir. Aksiya simvolik xarakter daşıyaraq, insanlara işğal olunmuş bölgələrimizə olan məsafənin bir çox digər rayonlarımıza olan məsafədən daha yaxın olduğunu göstərəcəkdir. Layihə çərçivəsində hazırlanmış posterlərdə bölgələrimizin işğal tarixləri və onlara qədər olan məsafə kilometrlərlə göstərilmişdir. Hazırlanmış posterlər Azərbaycanın bütün ali və orta ixtisas məktəblərində, həmçinin Bakı şəhərinin müxtəlif elan lövhələrində vurulacaqdır. Bundan başqa 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 5 mindən çox müxtəlif yerli və beynəlxalq təşkilatların, dövlət strukturlarının elektron ünvanlarına müxtəlif dillərdə tərcümə olunmuş məlumatlar göndəriləcəkdir. “İRƏLİ” İctimai Birliyinin könüllüləri tərəfindən həyata keçiriləcək elektron aksiya 31 Mart 2010-cu il, saat 12:00-da “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında baş tutacaqdır.





leave a comment