“Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda təlim keçirilmişdir.
17 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “Azxeber.com” informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərlinin iştirakı ilə “Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda maraqlı müzakirələr aparılmışdır.
Görüş zamanı Hacıbəy Heydərli bloqqerlərin daha çox aktual mövzularda yazılar yazmaqlarının tərəfdarı olduğunu bildirmişdir: “Bloq yazıları aktual məsələlərlə bağlı olsa, daha oxunaqlı olar. Bundan başqa, əsas məsələlərdən biri bloq yazısına başlıq seçməkdir. Bloqqerlər yazıdan ən çox diqqətçəkən məqamı başlığa çıxarmalıdırlar. Çünki bəzən elə aktual məsələlər olur ki, yanlış başlıq xəbəri daha az oxunaqlı edir.” (davamı…)



leave a comment