"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda təlim keçirilmişdir

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on Dekabr 10, 2011

10 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “İRƏLİ” İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət Hüseynovun rəhbərliyi ilə “Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda maraqlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasından ibərətdir. Layihə çərçivəsində ekspertlərlə görüşlər də keçirilir ki, bu da “WeBlog-4” layihəsinin sonuna kimi davam edəcək.

Xatırladaq ki, 13 oktyabr 2011 – ci il tarixindən start götürən “WeBlog-4” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət edib ki, onlar arasında müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanmışdır.

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog” layihəsi çərçivəsində 150 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.

This slideshow requires JavaScript.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.