"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “BakuTel-2011” sərgisində iştirak etmişdir.

Posted in AZ, Language by IRELI_ITM on Dekabr 8, 2011

23-26 Noyabr 2011-ci il tarixləri arasında “Bakı Ekspo” mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı keçirilmişdir.

Sərgidə “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi də təmsil olunmuşdur. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinə aid stenddə mərkəzin həyata keçirdiyi layihələr sərgi iştirakçılarına təqdim olunmuşdur. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin məhsulu olan Azərbaycanla bağlı olan saytlar, bloqlar, Azərbaycanın 50-dən çox rayonunu əhatə edən İnformasiya Texnologiyaları Akademiyası layihəsi, təmənnasız olaraq keçirilən İT təlimlər və seminarlar, Azərbaycan bloqçuluq şəbəkəsi olan WeBlog layihəsi və eyni zamanda milli maraqların qorunması ilə bağlı həyata keçirilən layihələr gün ərzində sərgini zhiyarət edən 200-dən çox insanın marağına səbəb olmuşdur. Sərgi zamanı ziyarətçilər ilə maraqlı oyunlar da təşkil olunmuşdur.

Qeyd edək ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “BakuTel-2011” sərgisi keçirildiyi illər ərzində ölkənin və bütövlükdə regionun telekommunikasiya bazarının ayrılmaz hissəsi olan İKT sahəsinin aparıcı tədbirinə çevrilmişdir.

“BakuTel-2011” sərgisi Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə təşkil olunmuşdur. Bu il sərgidə 29 ölkədən 250-yə yaxın şirkət iştirak etmişdir. Sərginin 40 faizdən çox hissəsini yerli informasiya texnologiyaları şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları və servis şirkətləri təşkil etmişdir. Sərgi yerli İKT müəssisələrinin hərtərəfli inkişafına təkan verir və onların dünya standartları səviyyəsində məhsul istehsalına əlavə imkanlar yaradır. Sərgidə təqdim edilən yeniliklər innovasiyalı məhsul, xidmət və texnologiyaların milli bazarda təşviqinə, həmçinin ölkəmizin qlobal informasiya məkanına daha sıx inteqrasiyasına da təkan verir.

This slideshow requires JavaScript.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.