"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda təlim keçirilmişdir.

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on Dekabr 17, 2011

17 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “Azxeber.com” informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərlinin iştirakı ilə  “Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda maraqlı müzakirələr aparılmışdır.

Görüş zamanı Hacıbəy Heydərli bloqqerlərin daha çox aktual mövzularda yazılar yazmaqlarının tərəfdarı olduğunu bildirmişdir: “Bloq yazıları aktual məsələlərlə bağlı olsa, daha oxunaqlı olar. Bundan başqa, əsas məsələlərdən biri bloq yazısına başlıq seçməkdir. Bloqqerlər yazıdan ən çox diqqətçəkən məqamı başlığa çıxarmalıdırlar. Çünki bəzən elə aktual məsələlər olur ki, yanlış başlıq xəbəri daha az oxunaqlı edir.” (davamı…)

“Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda təlim keçirilmişdir

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on Dekabr 10, 2011

10 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “İRƏLİ” İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət Hüseynovun rəhbərliyi ilə “Tumblr bloq platforması ilə tanışlıq və ondan effektiv istifadə yolları” mövzusunda maraqlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasından ibərətdir. Layihə çərçivəsində ekspertlərlə görüşlər də keçirilir ki, bu da “WeBlog-4” layihəsinin sonuna kimi (davamı…)

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “BakuTel-2011” sərgisində iştirak etmişdir.

Posted in AZ, Language by IRELI_ITM on Dekabr 8, 2011

23-26 Noyabr 2011-ci il tarixləri arasında “Bakı Ekspo” mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı keçirilmişdir.

Sərgidə “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi də təmsil olunmuşdur. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinə aid stenddə mərkəzin həyata keçirdiyi layihələr sərgi iştirakçılarına təqdim olunmuşdur. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin məhsulu olan Azərbaycanla bağlı olan saytlar, bloqlar, Azərbaycanın 50-dən çox rayonunu əhatə edən İnformasiya Texnologiyaları Akademiyası layihəsi, təmənnasız olaraq keçirilən İT təlimlər və seminarlar, Azərbaycan bloqçuluq şəbəkəsi olan WeBlog layihəsi və eyni zamanda milli maraqların qorunması ilə bağlı həyata keçirilən layihələr gün ərzində sərgini zhiyarət edən 200-dən çox insanın marağına səbəb olmuşdur. Sərgi zamanı ziyarətçilər ilə (davamı…)

“WeBlog” layihəsinin iştirakçıları “Sığortalı gələcək” layihəsi çərçivəsində həyata keçirilən müsabiqələrin qalibləri oldular.

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on Dekabr 8, 2011

8 dekabr 2011-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “İRƏLİ” İctimai Birliyi ilə birgə “Sığortalı gələcək” layihəsinin bağlanış mərasimi keçirilmişdir. Mərasimdə layihənin rəhbəri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı Orxan Bayramov, “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev iştirak etmişlər. Tədbir zamanı layihənin yekun hesabatı ictimaiyyətin nəzərinə çatdırılmış, layihə çərçivəsində həyata keçirilən müsabiqələrin nəticələri açıqlanaraq qaliblər mükafatlandırılmışdır. Maraqlısı budur ki, qalib gələnlərin əksəriyyəti “WeBlog” layihəsinin iştirakçılarıdır. “Sığortalı gələcək” layihəsində qalib gəlmiş “WeBlog” layihəsinin iştirakçılarının adlarını nəzərinizə (davamı…)

“Apple Days” layihəsi çərçivəsində ilk seminar həyata keçirilmişdir.

Posted in AZ, Xəbərlər by IRELI_ITM on Dekabr 8, 2011

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “Apple Days” adlı yeni layihəyə start verdi.

Layihə çərçivəsində ilk seminar 20  noyabr –  2011 ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında keçirilmişdir. 40-dan çox gəncin qatıldığı seminarın mövzusu “Apple Design Revolution” olmuşdur.

Qeyd edək ki, layihənin əsas məqsədi “Apple” texnologiyalarının tarixi, imkanları, yenilikləri, şirkətin tarixi və inkişafına tövhə vermiş insanlar haqqında gənclərə geniş məlumat verməkdir.

Tagged with: , , ,
Follow

Get every new post delivered to your Inbox.