"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “WeBlog–4” blogging təlimlərinə start verildi.

Posted in AZ, Xəbərlər by IRELI_ITM on Oktyabr 16, 2011

13  oktyabr  2011-ci  il tarixində “İRƏLİ” Gənclik Mərkəzində İnformasiya Texnologiyaları  Mərkəzinin  “WeBlog–4” layihəsinə start verilmişdir.

Layihənin keçirilməsində məqsəd gənclərə bloq barədə ilkin anlayışların öyrədilməsi, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin qurulmasından ibarətdir.

 “WeBlog-4” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət etmişlər ki , onlar arasından müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanmışdır. Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçirilir. Təlimlər “İRƏLİ”  İnformasiya Texnologiyaları  Mərkəzinin koordinatorları İmam QuliyevSahil Balazadə tərəfindən aparılır və təlim müddətində  ekspertlər də dəvət olunacaqlar.

Xatırladaq ki, “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr  2010 – cu il tarixindən start verdiyi və indiyə qədər davam edən “WeBlog” layihəsi çərçivəsində 100 nəfərdən çox gənc iştirak etmiş,  təlimin sonunda öz bloglarını yaratmışlar və onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuşlar.

Bundan əlavə, fəal bloqçuların fəaliyyətini stimullaşdırmaq məqsədilə hər ayın sonunda ən çox istifadəçinin daxil olduğu bloqların müəllifləri İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən kiçik hədiyyələrlə mükafatlandırılırlar.

 Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə “İRƏLİ” İT Departamenti tərəfindən həyata keçirilmişdir.

This slideshow requires JavaScript.

Tagged with: , , , , , ,

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.