“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərnə start verilmişdir.
07 oktyabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində İnformasiya Texnologiyaları Mərkəzinin“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərnə start verilmişdir.
Layihənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması, kompyuter və internet resurslarından səmərəli istifadənin təmin edilməsidir.
Layihədə iştirak etmək üçün 80 nəfər gənc müraciət etmişdir ki, onlardan yalnız 50 nəfəri müsabiqədən uğurla keçərək layihədə iştirak etmək hüququ qazanmışdır.
Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçirilir. Ümumilikdə təlimlər 12 dərs proqramını əhatə edir. Təlimlərin sonunda iştirakçılardan imtahan götürüləcək və layihəni uğurla başa vuranlar sonda diplom və şəhadətnamə ilə təltif olunacaqlar.
Xatırladaq ki, 2009 – 2010 – cu illərdə “İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi Azərbaycanının bütün regionlarını əhatə etmiş və bu müddət ərzində layihədən bəhrələnən insanların sayı 50 000 nəfər olmuşdur.
This slideshow requires JavaScript.


leave a comment