“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “WeBlog–4” blogging təlimlərinə start verildi.
13 oktyabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog–4” layihəsinə start verilmişdir.
Layihənin keçirilməsində məqsəd gənclərə bloq barədə ilkin anlayışların öyrədilməsi, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin qurulmasından ibarətdir.
“WeBlog-4” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət etmişlər ki , onlar arasından müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanmışdır. Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçirilir. Təlimlər “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin koordinatorları İmam Quliyev və Sahil Balazadə tərəfindən aparılır və təlim müddətində ekspertlər də dəvət olunacaqlar. (davamı…)
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərnə start verilmişdir.
07 oktyabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində İnformasiya Texnologiyaları Mərkəzinin“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Bakı təlimlərnə start verilmişdir.
Layihənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması, kompyuter və internet resurslarından səmərəli istifadənin təmin edilməsidir.
Layihədə iştirak etmək üçün 80 nəfər gənc müraciət etmişdir ki, onlardan yalnız 50 nəfəri müsabiqədən uğurla keçərək layihədə iştirak etmək hüququ qazanmışdır.
Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçirilir. Ümumilikdə təlimlər 12 dərs proqramını əhatə edir. Təlimlərin sonunda iştirakçılardan imtahan götürüləcək və (davamı…)


leave a comment