www.weblog.az saytının təqdimat mərasimi keçiriləcək.
21 sentyabr 2011 – ci il tarixində saat 12:00 da Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış Azərbaycan Bloqçularının şəbəkəsi olan www.weblog.az saytının təqdimatı və “WeBlog 4” layihəsinin açılış mərasimi keçiriləcək. Eyni zamanda Azərbaycanda bloqçuluq və yeni media resurslarından
istifadə məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə “İRƏLİ” İnformasiya Texnologiyaları Departamenti tərəfindən həyata keçirilmişdir. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog” layihəsi çərçivəsində 100 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.


leave a comment