www.weblog.az saytının təqdimat mərasimi keçiriləcək.
21 sentyabr 2011 – ci il tarixində saat 12:00 da Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış Azərbaycan Bloqçularının şəbəkəsi olan www.weblog.az saytının təqdimatı və “WeBlog 4” layihəsinin açılış mərasimi keçiriləcək. Eyni zamanda Azərbaycanda bloqçuluq və yeni media resurslarından
istifadə məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə “İRƏLİ” İnformasiya Texnologiyaları Departamenti tərəfindən həyata keçirilmişdir. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog” layihəsi çərçivəsində 100 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.
“WeBlog” layihəsinin iştirakçıları İsmayıllı təəsüratlarını öz bloqlarında bölüşdülər.
11sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərin açıq hava altında seminarını həyata keçirmişdir. Gənc bloqqerlər təəssüratlarını öz bloqlarında bölüşmüşlər:
Səma İsalı : http://goo.gl/QchPx
Samirə Haşımzadə : http://goo.gl/0XRfb
Nəsrin Babanlı : http://goo.gl/3G5pl
Xalid Məmmədov : http://goo.gl/Nf4Qj
Arzu Bəbirova : http://goo.gl/fPAVt
Aytən İsazadə : http://goo.gl/YfnIe
Əhəd Əhədli : http://goo.gl/w3qKd
Emil İsmayılov : http://goo.gl/jfKd8
Fərid Vəliyev : http://goo.gl/AZ6a8
Konül Həmzəyeva : http://goo.gl/29VpR
Nigar Quliyeva : http://goo.gl/rFSXx
Rəfalə Bağıyeva: http://goo.gl/kxfDA
Rüfət Daşdəmirov : http://goo.gl/MiHpr
Tərxan Şahrzalı : http://goo.gl/QBQ84
“WeBlog” layihəsi çərçivəsində İsmayıllı rayonunda açıq hava altında seminar keçirilmişdir.
This slideshow requires JavaScript.
11 sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin təşəbbüsü ilə bloqqerlər üçün açıq hava altında növbəti seminar həyata keçirilmişdir.WeBlog 1, 2 və 3 layihələrinin 30 nəfər iştirakçısının qatıldığı tədbirdə gənclər ilk öncə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkmiş və orada fəaliyyət göstərən dərnəklərlə tanış olmuş, rayon gəncləri üçün yaradılmış şəraitdən olduqca məmnun qalmışlar. Sonra İsmayıllı rayon Tarix Diyarşünaslıq müzeyini ziyarət edən iştirakçılar (davamı…)


leave a comment