“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunmuş yeni blog istifadəyə verdi.
“İRƏLİ” İctimai Birliyi Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbirlər silsiləsi həyata keçirmişdir. 26 Fevral 2011-ci il tarixində saat 12:00-da “İRƏLİ” Gənclər Mərkəzinin Şuşa zalında “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış Xocalı Soyqırımına həsr olunmuş bloqun təqdimatı, 13:00-da “Günəşin” göz yaşları adlı filmin nümayişi baş tutmuş, 15:00-da Natəvan heykəlinin qarşısında flaşmob keçirilmişdir. Flaşmob zamanı gənclər bir dəqiqəlik sükutla faciə qurbanlarını anmışlar. “Unutmadıq, Unutdurmarıq” devizialtındakeçirilmiş aksiyada120 nəfər gənc iştirak etmişdir. Aksiya Natəvan heykəlinin qarşısından fəvvarələr meydanına qədər davam etmişdir.
Yolboyuinsanlara Xocalı Soyqırımına həsr olunmuş buklet və kalendarlar paylanmışdır. Saat 16:00-daisə Xocalı abidəsi ziyarət olunmuşdur.
Qeyd edək ki, yaradılmış Xocalı bloqu http://mykhojaly.wordpress.com “Mənim Qarabağım, Mənim Azərbaycanım!” layihəsi çərçivəsində hazırlanmış 9-cu bloqdur.


leave a comment