"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi

“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunmuş yeni blog istifadəyə verdi.

Posted in AZ, Language, Xəbərlər by IRELI_ITM on Fevral 26, 2011

“İRƏLİ” İctimai Birliyi Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbirlər silsiləsi həyata keçirmişdir. 26 Fevral 2011-ci il tarixində saat 12:00-da “İRƏLİ” Gənclər Mərkəzinin Şuşa zalında “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış Xocalı Soyqırımına həsr olunmuş bloqun təqdimatı, 13:00-da “Günəşin” göz yaşları adlı filmin nümayişi baş tutmuş, 15:00-da Natəvan heykəlinin qarşısında flaşmob keçirilmişdir. Flaşmob zamanı gənclər bir dəqiqəlik sükutla faciə qurbanlarını anmışlar. “Unutmadıq, Unutdurmarıq” devizialtındakeçirilmiş aksiyada120 nəfər gənc iştirak etmişdir. Aksiya Natəvan heykəlinin qarşısından fəvvarələr meydanına qədər davam etmişdir.

Yolboyuinsanlara Xocalı Soyqırımına həsr olunmuş buklet və kalendarlar paylanmışdır. Saat 16:00-daisə Xocalı abidəsi ziyarət olunmuşdur.

Qeyd edək ki, yaradılmış Xocalı bloqu http://mykhojaly.wordpress.com “Mənim Qarabağım, Mənim Azərbaycanım!” layihəsi çərçivəsində hazırlanmış 9-cu bloqdur.

Tagged with: , ,

Veb dizayn

Posted in 10line -İRADİO by khagani on Fevral 24, 2011

Qonaq: Elçin Aşurov

10line-web dizayn part 1 by khagan

10line-web dizayn part 2 by khagan

This slideshow requires JavaScript.


Şəbəkə Texnologiyaları

Posted in 10line -İRADİO by khagani on Fevral 17, 2011

Qonaq: Mehmet Cengiz

Şəbəkə Texnologiyaları-part1 by Khagani09

Şəbəkə Texnologiyaları-part 2 by Khagani09

This slideshow requires JavaScript.

Xaqani Fərəcovun təqdimatında

“WeBlog-2″ layihəsinin müsahibə mərhələsi baş tutmuşdur.

Posted in AZ, Xəbərlər by IRELI_ITM on Fevral 12, 2011

This slideshow requires JavaScript.

12 Fevral 2011-ci il tarixində İRƏLİ Gənclik mərkəzində WeBlog-2 layihəsinin müsahibə mərhələsi baş tutmuşdur. Müsahibədə 70-ə yaxın gənc iştirak etmişdir. Müsahibədən uğurla keçən şəxslər layihədə iştirak hüququ əldə etmişlər.

Qeyd edək ki, təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə “İRƏLİ” Gənclik mərkəzində keçiriləcəkdir. Ümumilikdə təlimlər 6 dərs programını əhatə edir. Təlimləri uğurla başa vuranlar sonda şəhadətnamə ilə təltif olunacaq.

Keçiriləcək təlimlərdə əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasıdır.

 

“Weblog-yeni media”- “10 sual-10cavab”

Posted in "10 sual - 10 cavab" by khagani on Fevral 10, 2011


Suallarımızı “Online” verlişinin “Weblog-yeni media” mövsuzunda qonaqı olan gənc blogger   Asif İmanov cavbalandırır.

Həyatda istədiyinizə nail olmusunuzmu?

Hələ yox, yəni bir qisminə nail olmuşam. Fikrimcə ola bilməz ki, bir insan istədiyinə tam nail ola bilsin.

Ən sevdiyiniz bayram ?

Qurban bayramı, Ramazan bayramı və Novruz bayramı.

Sevdiyiniz kitab ?

İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və Orxan Pamukun “Yeni Həyat”-bu kitabı mən həmişə özumlə gəzdirirəm.

Həyatda hobbiniz?

Rəsm çəkmək.

Xasiyyətinizdə pis və yaxşı cəhətlər ?

Pis cəhətim odur ki səhfi bağışlamıram.Yaxşı cəhətim isə hamıyla yola gedə bilirəm.

(davamı…)

“Weblog-yeni media”- “10 sual-10cavab”

Posted in "10 sual - 10 cavab" by khagani on Fevral 10, 2011

İlk olaraq suallarımızı, gənc blogger Nərgiz Hüseynova cavablandırmışdır.

Həyatda istədiyinizə nail olmusunuzmu?

Müəyyən mənada hə, amma həqiqi məqsədlərimə hələ çatmamışam.Gələcəkdə öz üzərimdə işləyib məqsədlərimə çatmağa çalışacam.

Ən sevdiyiniz bayram ?

Ad günüm mənim üçün ən sevdiyim bayramdır və sozsüz ki, Yeni il və Novruz bayramlarınıda sevirəm.

Sevdiyiniz kitab?

Deyl Karneginin kitablarını çox sevirəm.

Həyatda hobbiniz?Müxtəlif ölkələrin qəpiklərini yığıram.

Xasiyyətinizdə pis və yaxşı cəhətlər?

Pis cəhət odur ki, ağlımda hansısa bir fikir varsa, başqa yeni bir fikirə çətinliklə keçirəm.Yaxşı cəhətim isə məqsədyönlü olmağa çalışıram və punktualam.

(davamı…)

Weblog – Yeni media

Posted in 10line -İRADİO by khagani on Fevral 10, 2011

Qonaqlar: Asif İmanov və Nərgiz Hüseynova

Weblog – Yeni media part1 by Khaggy

Weblog – Yeni media part2 by Khaggy

This slideshow requires JavaScript.

“WeBlog” layihəsinin yekun təlimləri keçirilmişdir.

Posted in AZ, Xəbərlər by IRELI_ITM on Fevral 7, 2011

This slideshow requires JavaScript.

07.02.2011 tarixində İRƏLİ İctimai Birliyinin Gənclik Mərkəzinin Şuşa zalında “WeBlog” layihəsinin yekun təlimləri keçirilmişdir.

Blogerlərin öhdəsinə düşən əsas vəzifələrə toxunan İRƏLİ İctimai Birliyinin baş katibi Rauf Mərdiyev  aşağıdakıları qeyd etmişdir:

Virtual məkanda milli və dövlətçilik maraqlarının müdafiəsində ən böyük iş məhs sadə istifadəçilərin payina düşür. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi öz fəaliyyətində hər zaman bu işi ən uğurlu şəkildə həyata keçirə biləcək  gənclərin hazırlanmasına önəm vermişdir. Buna misal olaraq “İRƏLİ” İctimai Birliyinin İT sahəsində keçirdiyi “Kompüter savadszılığına yox deyək”, “ İT Akademiya”  və digər layihələri qey etmək olar.

Sonra proqramçı, Azeroo şirkətinin rəhbəri Samir Yəhyayev iştirakçılara Bloglar vasitəsilə pul qazanmağın yolları və necə PR edilməsi mövzusunda treyninq keçdi. Təlim iştirakçıların böyük marğına səbəb oldu.

Sonda “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin Layihələr üzrə koordinatoru İmam Quliyev iştirakçılara blog-larının monitorinqinin ilkin nəticələrini açıqladı. Təlimləri uğurla başa vurmuş şəxslərə sonda sertifikat veriləcəyini və ən yaxşı blog yazarları isə xüsusi hədiyyələrlə mükafatlandırılacağını qey etdi.

Qeyd edək ki,  artıq “WeBlog-2” təlimərinə ərizə qəbulu başlayıb. İştirak etmək istəyən şəxslər 10 fevral 2011 tarixinə qədər iştirakçı ərizə formalarını itm@ireli.az ünvanına göndərməlidirlər. Təlimlərdə yalnız “İRƏLİ” İctimai Birliyinin üzvləri iştirak edə bilər.

“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi “WeBlog-2” adlı blogging təlimlərinə start verir.

Posted in AZ, Elanlar by IRELI_ITM on Fevral 3, 2011

Təlimlərdə gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasıdır.

Bundan öncə keçirilmiş “WeBlog” təlimlərində  50 nəfər gənc iştirak etmiş və təlimin sonunda öz bloglarını yaratmışlar.
Xatırladaq ki, Azərbaycanda ilk blog təlimləri də 2007 –ci ildə “İRƏLİ” İT Departamenti tərəfindən həyata keçirilmişdir.
İştirak etmək istəyən şəxslər 10 fevral 2011 tarixinə qədər iştirakçı ərizə formalarını itm@ireli.az ünvanına göndərməlidirlər. Təlimlərdə yalnız “İRƏLİ” İctimai Birliyinin üzvləri iştirak edə bilər.

Ərizə formasını YÜKLƏ“WeBlog – 2 başlığı altında  itm@ireli.az ünvanına göndər.

Əlavə məlumat əldə etmək üçün:
“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi

Ünvan: Sabir küç.3, İçəri Şəhər, Bakı, Azərbaycan

Tel:  +99412 4928045

Fax:  +99412 4924806

E-mail: itm@ireli.az
Blog: http://irelitm.wordpress.com/

Azərbaycanda online ticarət

Posted in 10line -İRADİO by khagani on Fevral 1, 2011

Qonaq: ”Golden Pay” şirkətinin rəhbəri Fərid İsmailzadə

Azərbaycanda Onlayn Ödəmə by khagani


Follow

Get every new post delivered to your Inbox.