Twitter: 8 addıma
Twitter 2006-cı ildə fəaliyyətə başlamış və hal-hazırda 105 milyon istifadəçi ilə dünyanın ən böyük mikrobloqqinq saytıdır.
1. www.twitter.com-a daxil oluruq. Saytın əsas səhifəsində Twitter istifadəçilər üçün “Sign in” bölməsi var. İstifadəçilər buradan öz hesablarına daxil ola bilərlər. Twitter-də yeni olanlar isə “Sign Up” bölməsinə klikləməklə qeydiyyatdan keçə bilərlər. Gəlin qeydiyyatdan keçək.

2. Twitter-də qeydiyyat çox sadədir. Maksimum 1 dəqiqə vaxtınızı alacaq. “Sign Up” bölməsinə kliklədikdən sonra aşağıdakı qeydiyyat formasını doldurmaq lazımdır. Ad və soyadınız və ya təşkilatınızın adı, istifadəçi adınız (login), sifrə (password) və e-mail ünvanınız. Əgər daxil etdiyiniz bütün məlumatlar qaydasındadırsa həmin bölmənin qarşısında yaşıl işarə görəcəksiniz. Şərtləri oxuduqdan sonra “Create my account” düyməsinə klikləyin.
(davamı…)
“İRƏLİ” İctimai Birliyi İTM – Qaradağ rayonunun Ümid qəsəbəsində İT təlimlərin birinci mərhələsi başa çatdı.
Məlumat üçün bildirmək istərdik ki, “Yeniliyə Doğru” Gənclər Fondu “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə və “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin tərəfdaşlığı ilə Qaradağ rayonunun Ümid qəsəbəsində yaşayan gənclər üçün kompüter biliklərinə dair təlim kursları keçirilmişdir. Təlim kursu “Ümid qəsəbəsində yaşayan yeniyetmələr üçün inkişaf mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir. (davamı…)
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdam haqqında yeni sayt/bloq istifadəyə verdi. – 2010-07-23
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcəkdir. Nəzərinizə çatdıraq ki, bu bloqların yaradılması “Mənim Qarabağım, Mənim Azərbaycanım” devizi altında həyata keçirilir.
Daha ətraflı: http://myaghdam.wordpress.com
Qeyd edək ki, artıq İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik etmişdir.
Ağdərə haqqında yeni sayt / bloq istifadəyə verildi – 2010-07-07
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdərə haqqında yeni sayt/bloq istifadəyə verdi.
Daha ətraflı: http://myaghdara.wordpress.com/
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcəkdir. Nəzərinizə çatdıraq ki, bu bloqların yaradılması “Mənim Qarabağım, Mənim Azərbaycanım” devizi altında həyata keçirilir.
Qeyd edək ki, artıq İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik etmişdir.
Bugünə qədər artıq Şuşa və Laçın haqqında bloqlar istifadəyə verilmişdir.
“İRƏLİ” İctimai Birliyi İTM – Qaradağ rayonunun Ümid qəsəbəsində İT Təlimlərə başladı
Məlumat üçün bildirmək istərdik ki, “Yeniliyə Doğru” Gənclər Fondu “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə və “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin tərəfdaşlığı ilə Qaradağ rayonunun Ümid qəsəbəsində yaşayan gənclər üçün kompüter biliklərinə dair təlim kurslarının keçirilməsini başlamışdır. Təlim kursu “Ümid qəsəbəsində yaşayan yeniyetmələr üçün inkişaf mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.
Layihənin həyata keçirilməsində məqsəd – qaçqın və məcburi köçkün gənclərin biliklərinin artırılması, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir. (davamı…)





leave a comment